Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycanda nazir vəzifəsindən azad edildi - FƏRMAN

1 785
Paylaş:
Azərbaycanda nazir vəzifəsindən azad edildi -     FƏRMAN

Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.

V.Talıbovun digər fərmanı ilə Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Paylaş:

Ən son xəbərlər