Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.
Bakıda usta binadan yıxılaraq öldü
Baş prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılması nəticəsində ölüb.
Fakt üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.