Qadın mərhumlar dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır.
Bəziləri iddia edir ki, qadın kişidən ona görə dərinə basdırılır ki, torpağın altında da naməhrəmlərin gözündən qorunsun. El arasında buna müxtəlif səbəblər gətirənlər olur. Görəsən bunun həqiqətən dində anlamı nədir? Pravda.az Referans.az-a istinadən bildirir ki, ilahiyyatçı Tural İrfan açıqlamasında qeyd edib ki, bu adət olaraq edilir. "Ümumiyyətlə şəriətdə vacib bir hökm yoxdur ki, qadın kişidən dəridə basdırılmalıdır. Sadəcə örf deyilən bir şey var. Buna adət deyirlər. Yəni o örfə görə qadınlar bir qədər bəzi bölgələrimizdə, bəzi müsəlman ölkələrində bir qədər dərindən basdırılır. Onun da bir məcazi mənası var. Bu cür izah edirlər ki, o məhşər günü insanlar dirilib məzarından qalxanda qadınlar ayaqüstə duranda onların qəbir boğazına kimi, kişilərdə qurşağa kimi olmalıdır. Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər.