"Rəfiqələrim bizə qonaq gələndə deyirdilər ki, həyat yoldaşın Elçin tamamilə fərqli bir insandır. Səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alır, mahnısını ifa edir. Mən də cavab verirdim ki, siz onu evdə görsəniz necə hərəkətlər edir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lalə Dadaşova qonaq olduğu “AStar” verilişinə müsahibəsində deyib. Sənətçi mərhum həyat yoldaşı, müğənni Elçin Cəlilovdan danışıb:
"Elçin başqa otağa keçib, mənim paltarımı geyinib, apelsinləri bədəninə qoyub, üzünü-gözünü bəzəyib, “kraska-pudra” sürtüb, başını da güllərlə bəzədilən saç yığanımı taxıb qapını açıb girirdi içəri. İnanın ki, elə gözəl qrim edirdi ki, onu heç tanımaq olmurdu (gülür). Bizi o qədər güldürürdü ki...