Koronavirus epidemiyasının vurduğu zərər avtomobil satış mərkəzlərindən də yan keçməyib.
Artıq bu gündən bu xidmət sahəsi də əvvəlki kimi öz fəaliyyətini bərpa edib. Ancaq avtomobil satış mərkəzləri hazırkı vəziyyətdə olan qiymətlərdən gileylənirlər.
Satış nümayəndələrinin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, avtomobillərin bir çoxu maya dəyərinə satılır.