Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Kamran Azər oğlu Zülfüqarov qeyri-leqal yolla ölkə ərazisinə keçib.
Terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb.