Lənkəranda bədbəxt hadisə baş verib.
Hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu sınıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.