“Bos-Shelf” şirkətinin baş direktoru İxtiyar Axundov, onun həyat yoldaşı Balacaxanım Axundova və qızı Emiliya 2020-ci ilin noyabrında Kolumbiya Əyalət Məhkəməsində ABŞ Dövlət Departamentinə qarşı daimi mühacirət tələbi ilə məhkəmə iddiası qaldırıb.
Pravda.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
"2021-ci ilin aprelin 28-də iddiaçıların ərizələrini (03374 saylı) geri götürməsi ilə məhkəmə işinə xitam verilib", - C.Həsənli qeyd edib.
İ.Axundovla əlaqə saxlamaq mümkün olmayıb. Mövqeyini dərc etməyə hazırıq.
İxtiyar Axundov ABŞ Dövlət Departamentinə qarşı daimi mühacirət tələbi ilə məhkəmə iddiası qaldırıb?