Plan pozulanda alternativ və çox təhlükəli ssenarilər ortaya çıxır ki, bunu dəf etmək də ciddi problemə çevrilir. Bu gün hər birimiz bu planları reallaşdırmaq üçün neçə-neçə beyin mərkəzləri, analitik qrupların fəaliyyətə keçdiyinin şahidiyik. Böyük Britaniyanın baş naziri, əfsanəvi lideri Uinston Çörçilin vaxtilə “əsrin xəstəliyi” adlandırdığı “kommunizm”i bu gün FETÖ-nün timsalında görürük və eyniləşdirmək mümkündür. Bu xəstəlik Azərbaycan və Türkiyənin başı üzərində “Domokl qılıncı” kimi asılmış vəziyyətdədir – dağıdılıb məhv edilsə də, alaqotu kimi qalmaqdadır. Bəli, fəaliyyətdədir, can versə belə. Hər vəchlə də çirkin, məkrli planını reallaşdırmaqdadır. Amerikadan idarə olunan şəbəkə daha çox Ankara və Bakıda şəbəkəsini yenidən bərpa etmək niyyətindədir. Birində “aşpaz” ləqəbli Mənsimov, digərində “iqtisadçı” Qubad İbadoğlu vasitəsilə. Şükürlər olsun ki, hər ikisinin intellekti məkrli planlarını, çirkin arzularını reallaşdırmağa imkan vermir. Lakin, necə deyərlər, milçək bir şey deyil, ancaq könül bulandırır. Həbsi ətrafında şou yaradılan Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda dəfələrlə yazılıb, iddialar ortaya atılıb. Azərbaycan dövlətinə qənim kəsilən müxtəlif marginal qüvvələrin lideri kimi yanında olan anti-Azərbaycan, anti-türk düşüncəli adamları ətrafında birləşdirib. Yanında duranlar arasında Mübariz Mənsimovun olması da təbiidir. Vaxtilə FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunub. Mağara təfəkkürlü bu insan ikiüzlü və qeyri-yetkin siyasəti ilə seçilib. Bir vaxtlar Ərdoğanın və Türkiyə hökumətinin ünvanına mədhiyyələr yağdırıb, elə ki, barəsində cinayət işi açılır və məhkəmə qurulur, mövqeyini tam dəyişməsi ilə yadda qalıb. Hər ikisini də bu gün FETÖ ilə birləşdirən dəyərlər mövcuddur.
Bəli, reallıq budur ki, Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman xaricdəki ünsürlər mövcud olan ictimai-siyasi sabitliyi pozmaq və bu iki ölkədə öz məkrli planlarını reallaşdırmağa çalışıb və çalışır da. Dəfələrlə bu istiqamətdə arzuedilməz olaylara da şahid olmuşuq. Həmin təxribatçı, pozucu qüvvələrin planlarının baş tutmaması sevindiricidir. Çünki cəmiyyət, xalq kütlələri pozuculuğa, təxribata, ölkənin xaos, anarxiyaya sürüklənməsi deyil, məhz sabitliyin davamlı xarakter almasını dəstəkləyiblər. Bu gün Türkiyə və Azərbaycan tək regionda deyil, dünyada çox güclü bir dövlətə çevirilib. Bir tərəfdən Ermənistan və havadarlarının Qarabağda irimiqyaslı təxribatları, özlərini müxalifət kimi qələmə verənlər, digər tərəfdən isə FETÖ şəbəkəsinin çeşid-çeşid təxribatlarının şahidi oluruq. Böhtan kampaniyasında istifadə edilən metodlar eynilik təşkil edir.
30 il Qarabağda hüquqları tapdalanan, yurdsuz-yuvasız qalan, məcburi köçkün həyatı yaşayan soydaşlarımızı görməyən Qərb dairələri Azərbaycana təzyiqi artırıb. İstəkləri isə konkret faktlar əsasında saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlıdır. Guya onların hüquqlarını müdafiə edir, “tapdalanan haqlarını” qoruyurlar. Əslində, Amerikanı maraqlandıran İbadoğlunun həbsi deyil. Əllərinə düşən bu imkandan maksimum yararlanmağa çalışan qüvvələr Qubad İbadoğlunun həbsindən istifadə edərək Azərbaycana hücum təşkil edirlər. İndi Qərbdə bu məsələyə öz arşınları ilə yanaşanların sayı çoxalıb və bu aksiyanın arxasında kimlərin dayanması isə gün kimi aydındır.
Beləliklə, FETÖ terror şəbəkəsi Türkiyə və Azərbaycanda aktivləşib. Qardaş ölkədə indiki iqtidar partiyasının təkrar qələbəsi ilə çirkin planları puç olan FETÖ terror təşkilatı öz emissarlarına “hücum” əmri verib. Təşkilatın çirkin planlarını faş etmək istiqamətində fəaliyyətə keçən iki ölkənin hüquq-mühafizə orqanları bir sıra qalmaqallı həbslər həyata keçirməyə müvəffəq olub. Azərbaycanda əvvəlcə özünü iqtisadçı alim kimi qələmə verən Qubad İbadoğlu FETÖ ilə əlaqə ittihamı üzrə həbs olundu, ardınca da Türkiyədə Fazil İsmayılov soyadlı şəxs həbs olunub Azərbaycana gətirildi. Hələ ki, istintaq gedir və onun gedişində bir çox faktların üzə çıxacağı şəksizdir. Çox güman ki, istintaq gedişində də bir sıra mətləblərə aydınlıq gətiriləcək. Bu işin Türkiyəyə də gedib çıxacağı şəksizdir. Bəlli olduğu kimi, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il əvvəl şübhəli yollarla milyonlar qazanan Mübariz Mənsimovu FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham edərək həbs edib. İbadoğlu da illər uzunu Mənsimovla sıx əməkdaşlığı ilə tanınıb. Hər iki şəxsin anti-Azərbaycan qüvvələrin maliyyələşməsində, çirkin ittihamlarla çıxış etmələrinə dair çoxsaylı faktlar mövcuddur. Elə Mənsimovun da İbadoğlunun həbsindən xeyli “təsirləndiyi” və aktivləşdiyi göz önündədir. Tabeliyində olan, yemlədiyi media və siyasilərə çirkin anti-Azərbaycan fəaliyyətə keçməsinə rəvac verib. Sirr deyil ki, illərlə şübhəli biznesi ilə milyonlar qazanan Mübariz Mənsimovun maliyyə qazanmasında FETÖ-nün əvəzsiz rolu olub və faktlar kifayər qədərdir.
İbadoğlu-Mənsimov-FETÖ üçbucağı
Əvvəlcə onun qaranlıq keçmişinə nəzər salaq. İllər uzunu özünü xeyriyyəçi və “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməyə çalışan bu şəxs əslində bütün həyatı boyu şübhəli fəaliyyəti ilə seçilən biri olub. Türkiyədə çirkli və şübhəli biznes fəaliyyətinə məhdudiyyətlər qoyulduqdan sonra qarayaxma və böhtan kampaniyasına start verən Mənsimov indi bu yolda heç nədən çəkinmir. Əvvəlkitək nəinki FETÖ terror qruplaşması ilə, hətta anti-Azərbaycan qüvvələrlə əməkdaşlığa da başlayıb. Bu sırada FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunan Qubad İbadoğlu ilə əlaqəsini də xüsusi qeyd etmək olar. Bu iki şəxsi birləşdirən ümumi dəyərlər və maraqlar var. İlk növbədə də FETÖ ilə əməkdaşlıq bunları birləşdirir. Məhz hər iki şəxsi də bu dəyərlər birləşdirir. Məlumdur ki, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il öncə Mənsimovu məhz bu ittiham üzrə həbs ediblər. Və aparılan araşdırmaların nəticələri də bu əməkdaşlığı təsdiq etdi. Çirkli biznesdən məhrum olan Mənsimovun köməyinə yenə FETÖ və onun rəhbəri Fətullah Gülən gəlib. Bəzi məlumatlara görə, İbadoğlu və Mənsimov dəfələrlə görüşüb Güləndən aldıqları tapşırıqları, gələcək fəaliyyətlərini müzakirə ediblər. Hər iki şəxsi də məhz Türkiyəyə və Azərbaycana qarşı fəaliyyət birləşdirir. Türkiyədə keçirilən seçkilərdən sonra ümidləri puç olan bu şəxslər fəaliyyətlərini indi Azərbaycana yönəldiblər. Xaricdəki anti-Azərbaycan qüvvələrinin maliyyələşdirilməsi də məhz onların birgə fəaliyyətinin nəticəsidir.
Yeri gəlmişkən, Mübariz Mənsimov dəfələrlə Azərbaycanla bağlı müxtəlif iddialar səsləndirərək, biznesində yaranmış problemlərə görə Azərbaycanda müxtəlif şəxsləri ittham etməsi ilə yadda qalıb. Hətta bir az da irəli gedərək, siyasi iddialarla dolu mesajlar da verməyə start verib. Məhz “İbadoğlu-Mənsimov” cütlüyü Azərbaycanda FETÖ-nün kimliyi ilə işbirliyi qurub ölkədə sabitsizlik göstərmək niyyətindədirlər. Əlbəttə, hələ ki, istintaq gedir və tam əminliklə demək olar ki, istintaq çox şeyləri ortaya qoyacaq.