Bir neçə gün öncə sosial şəbəkələrdə yırtıq halda dalğalanan Azərbaycan bayrağının görüntüsü müzakirələrə səbəb olub.
Yayılan video ilə bağlı Balakən şəhər icra nümayəndəsinin müavini İlham Kaltayev bildirib ki, bayraq keçən həftə baş vermiş güclü külək nəticəsində yırtılıb:
“Bizim daima yeni bayrağımız olur. Əməkdaşlar tərəfindən həmin hadisə bizə bildirilib və səhər dərhal yenisi ilə əvəz olunub”.