Artıq paytaxtın bəzi ərazilərində yeni parkinq sistemi tətbiq edilir.
Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, lakin hələ də, yeni parkinq sistemini mənimsəyə bilməyən və ümumiyyətlə bu sistemdən məlumatsız sürücülər var.
Məlumat üçün bildirək ki, indi sürücülər həmin ərazilərdə avtomobil park etmək üçün əvvəlcə ''azparkinq'' adlı proqram yükləməlidirlər. Bundan sonra onlar olduqları ərazidə boş yer tapıb, avtomobillərini park etməlidirlər.
Ancaq bu proses göründüyü kimi bəzi sürücülərə çətin gəlir. Onlar hələlik tətbiqin işləmə funksiyasını tam mənimsəyə bilmədiklərini deyirlər.