İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə yeni tibbi xidmətlər əlavə edilib.
Pravda.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva "Xəzər Xəbər"ə bildirib ki, ''xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət daxil edilib.
Onun sözlərinə görə bununla da 3344 xidmət icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək. Onlardan 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Dəyişikliklərdən sonra bir sıra orqanların transplantasiyası əməliyyatları da sığorta pakenində yer alıb