Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayevin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə onun sirkə turşusu içərək özünü öldürmək istədiyi bildirilib.
E.Abdullayevin qayınatası Qənbər Kərimov isə saytımıza açıqlamasında kürəkəninin intihara cəhd etməsinin yalan olduğunu deyib.