Bakıda tanınmış blogerin düşdüyü qəza zamanı avtomobildə 2 nəfər olub, yolda nəqliyyatın hərəkətini tənzimləyən polis əməkdaşını digər maşın vurub. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşına çırpılıb.
Nəticədə Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.