Nicat Şakirlinin qolunu itirdiyi qəzada adı hallanan Zaur İskəndərov Baku TV-yə açıqlama verib. Baku.ws xəbər verir ki, bloger qəza zamanı hər hansı xəsarət almasını təkzib edib:
"Mən 10 saata yaxındır burdayam. Qoy, elə bilsinlər ki, mən də ölmüşəm. Nicatı mən xəstəxanada görmüşəm. Uzaqdan gördüm, yaxına gedə bilmədim. Son məlumat budur ki, vəziyyəti qənaətbəxşdir və çətin də olsa danışır. Qolu amputasiya olunub. Bir də burnunda qırığı var.