Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Qeyd edək ki, gecə saat bir radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu Şakirli idarə etdiyi “Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi “Scania” markalı yük avtomobilinə vurub.