Bu gün Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının 68 yaşı tamam olur. İllərini sənətə vermiş, xalqın sevgisini qazanmış sənətkar üçün yeni yaş nə deməkdir, yaşın fərqi varmı?
Lent.az-ın bu sualını cavablandıran Afaq Bəşirqızı bildirdi ki, onun üçün yaşın fərqi var, həm də çox.
“Əlbəttə yaşın fərqi var. Yaşın gətirdiyi itkiləri danışmaq istəməzdim. Geniş auditoriyada bu söhbəti eləməzlər. Yaşın üstünə yaş gəlməsi, ağbirçək adını almaq, görüb-götürmüş olmaq, öz həyat təcrübəndən kimlərəsə tövsiyə etmək, onları ayıq-sayıq tutmağa çalışmaq insan üçün böyük bir şərəfdir” deyə o bildirib.