Xəbər verdiyimiz kimi, bloger, sosial şəbəkələrdə "Nikosayağı" kimi tanınan Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.
"Nikosayağı"nın həyat yoldaşından paylaşım - FOTO
Nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
"Nikosayağı"nın həyat yoldaşı onunla bağlı paylaşım edib. Paylaşımda "Sən həmişə var ol" sözlərini qeyd edib./Sfera.az