Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

16 yaşlı qızı yeddi nəfər zorladı - Azərbaycanda DƏHŞƏT

2 611
Paylaş:
16 yaşlı qızı yeddi nəfər zorladı -     Azərbaycanda DƏHŞƏT

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 16 yaşlı qız zorlanıb.

Oxu.Az-ın məlumatına görə, 2007-ci təvəllüdlü qız bir il ərzində davamlı olaraq yeddi nəfər tərəfindən zorlanıb.

Belə ki, 2004-cü il təvəllüdlü Bibiqulu Xosrov oğlu Abbasov qızın 15 yaşı olan zaman onunla tanış olub və zorlayıb.

Daha sonra dostları ilə birlikdə qızı hər şeyi atasına deməklə şantaj edib və davamlı zorlayıblar.

Oğlan hazırda hərbi xidmətdədir. O, məzuniyyətə gələn zaman qızı yenidən zorlamaq istəyəndə valideynləri məsələdən xəbər tutublar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qeyd edilən hadisə ilə bağlı zərərçəkən tərəf artıq polisə məlumat verib.

Artıq hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Paylaş:

Ən son xəbərlər