Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirilib.
Bu barədə Pravda.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisədə saxlanma şəraiti, rəftar məsələlərinin monitorinqi və bir sıra təqsirləndirilən şəxslərin qəbul edilməsi olub.