Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda evdən 15 000 dollar, 6 500 manat və 3 700 manatlıq qızıl oğurlandı

731
Paylaş:
Bakıda evdən 15 000 dollar, 6 500 manat və 3 700 manatlıq qızıl oğurlandı

Bakıda evdən 6500 manat, 15000 dollar və 3700 manatlıq qızıl oğurlanıb.

Bu barədə Pravda.az-aa Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma apaırılır.

Paylaş:

Ən son xəbərlər