Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şamaxıda dağlıq ərazidə yanğın tam söndürüldü

663
Paylaş:
Şamaxıda dağlıq ərazidə yanğın tam söndürüldü

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

Pravda.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanıb.

Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.

Paylaş:

Ən son xəbərlər