Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Nikosayağı”nın son vəziyyəti açıqlandı

797
Paylaş:
“Nikosayağı”nın son vəziyyəti açıqlandı

“Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti qənaətbəxşdir”. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

“Nicat Şakirli həkimlərin nəzarəti altındadır, ümumi vəziyyəti qənaətbəxşdir. Hazırda Reanimasiya şöbəsində xəstənin müayinə və müalicələri davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Paylaş:

Ən son xəbərlər