Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Telefonuna baxandan sonra anasını boğaraq öldürüb - Ucardakı dəhşətli cinayətin təfərrüatı

1 588
Paylaş:
Telefonuna baxandan sonra anasını boğaraq öldürüb -     Ucardakı dəhşətli cinayətin təfərrüatı

Ucarda 1981-ci il təvəllüdlü qadının boğularaq öldürülməsinin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Ş.Qurbanovanı öldürməkdə şübhəli bilinən oğlu - 2000-ci il təvəllüdlü Qurbanov Faiq atası Kainat ilə birgə Rusiyada yaşayırmış. O, bir müddət öncə doğulduğu Qaradağlı kəndinə gəlibmiş. Faiq bu gün səhər saatlarında anasının telefonuna baxdıqdan sonra məlum hadisəni törədib.

Hazırda Ucar rayon polis əməkdaşları hadisənin baş verdiyi Qaradağlı kəndində araşdırma aparır.

Xatırladaq ki, faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır./Unikal

Paylaş:

Ən son xəbərlər