Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.
Pravda.az xəbər verir ki, hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.
“Üzümüzə gülüb bacıma 2 bıçaq zərbəsi vurdu. 3-cünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.