Avqustun 19-da Bakının Xətai rayon Məhkəməsi hakim Pərviz Zamanlının sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.
Pravda.az xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.
Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.