Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Naxçıvan şəhər prokuroru vəzifəsini icra edən Qalib İsmayılov həmin vəzifəyə təyin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, həmçinin, Baş prokurorun digər əmrilə Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.