Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan Ermənistanla bağlı müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

659
Paylaş:
Azərbaycan Ermənistanla bağlı müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Bu gün Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə (Azərbaycan Ermənistana qarşı) Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Twitter"də bildirib.

Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir.

Paylaş:

Ən son xəbərlər