Yayın sonu yaxınlaşdıqca, payızda hansı bürclərin taleyinin dəyişəcəyi məlum olub. Astroloqların fikrincə bəzi bürclər sentyabr, oktyabr və noyabr aylarında şanslı olacaq. Pravda.az Baku.ws-ə istinadən həmin bürcləri sizlərə təqdim edir:
Tərəzi payızın ən şanslı bürcləri siyahısında birinci yerdədir. Payız Tərəzi mövsümü kimi tanınır. Payız ulduz falına görə, 9-30 sentyabr tarixləri arasında hava elementi olan bürclər (Əkizlər, Tərəzi və Dolça) şad xəbər alacaq. Bu, işdə yüksəliş və ya yeni bir sevgi və ya çanta-çanta pul qazanmaq ola bilər. Tərəzi bürcünün şanslı nömrələri 10, 17, 82-dir.