Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Məsuliyyət yox, təcrübə yox, bilik yox, elm yox” – YAZI

1 385
Paylaş:
“Məsuliyyət yox, təcrübə yox, bilik yox, elm yox” –     YAZI

Saakaşvili. Ukrayna. Azərbaycan.

Mixail Saakaşviliyə Ukraynanın baş nazirinin müavini vəzifəsinin təklif edilməsi olduqca maraqlıdır, Vladimir Zelenskinin partiyası Ali Radada onun namizədliyini dəstəkləyə bilər - Zelenskinin partiyasının, “Xalqın Xidmətçisi”nin parlamentdə səs çoxluğuna sahib olduğunu nəzərə alsaq, əgər son anda geri addım atmasalar, o zaman Saakaşvilinin təyinatı təsdiqlənə bilər. Qeyd edim ki, partiyanın bir neçə üzvünün Saakaşviliyə baş nazirin müavini vəzifəsinin təklif olunmasının əleyhinə çıxması ilə bağlı mətbuatda məlumatlar dolaşırdı. Amma “Xalqın Xidmətçisi” Partiyasının böyük əksəriyyətinin Saakaşvilini dəstəkləmək fikri var. Təbii ki, bu, baş versə, çox maraqlı, yeni bir konfiqurasiya yaranacaq. Çünki Saakaşvili zamanında Ukraynada vəzifədə olub, Odessa vilayətinin qubernatoru postunda çalışıb. İndi isə ona islahatları idarə etmək, islahatlar aparmaq üçün baş nazirin müavini vəzifəsi təklif olunub. Əgər onun namizədliyi təsdiqlənərsə, onda çox maraqlı vəziyyət yaranacaq. Belə ki, Gürcüstanın rəsmi orqanları artıq bununla bağlı öz narahatlığını bildirib və bu barədə Ukrayna tərəfi ilə müəyyən yazışmalar olub. Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Gürcüstan müxalifəti, Saakaşvilinin partiyası yetərincə güclüdür, parlamentdə kifayət qədər yerə də malikdir. Odur ki, Saakaşvilinin Ukraynanın baş nazirinin müavini postuna təyinatı onların xoşuna gələcək, Gürcüstan hökumətinə Ukrayna ilə münasibətlərin daha da yaxşılaşdırılması yolunda addımların atılması istiqamətində təzyiqlərini artıracaq.

Rusiya-Ukrayna münasibətlərinə gəlincə, hazırda iki ölkə arasındakı əlaqələr mənfi mənada ən pik nöqtədədir. Odur ki, Saakaşviliyə görə bu münasibətlərin daha da korlanması mümkün deyil. Çünki münasibətlərin bundan artıq pisləşməyə yeri yoxdur. Yəni Rusiya ilə Ukrayna arasındakı əlaqələr çox aşağı səviyyədədir. Ona görə də düşünmürəm ki, Rusiyanın fikri bu məsələdə önəmli olacaq. Hesab edirəm ki, Ukrayna hökuməti Gürcüstanla münasibətləri korlamadan bu işi həll etməyə, Saakaşvilini vəzifəyə gətirməyə çalışır. Odur ki, Rusiyanın fikrinin hər hansı bir formada nəzərə alınacağını zənn etmirəm.

Azərbaycanın Ukrayna ilə münasibətlərinin kifayət qədər yaxşıdır, Saakaşvilinin yeni vəzifəyə gəlsə, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin şahidi ola bilərik. Saakaşvilinin özünün də Azərbaycana münasibəti kifayət qədər pozitivdir. Bildiyim qədər onun Azərbaycanın dövlət başçısı ilə yaxşı münasibətləri var. Odur ki, Saakaşvili Ukraynada baş nazirin müavini olsa, Azərbaycan-Ukrayna münasibətlərinin daha da dərinləşməsinin şahidi ola bilərik. Lakin Azərbaycan tərəfi həmən belə addımların atılmasında bir o qədər də maraqlı deyil. Çünki bununla Rusiyanı qıcıqlandırmaq istəmir.

Nədən məhz Saakaşvili? Məgər, Zelenski bu posta Ukraynanın yerli siyasilərindən, məmurlarından birini seçə bilməzdi? Ukraynada islahatlar aparmaq üçün çox ağır və sərt qərarlar qəbul etmək lazımdır - Düşünmürəm ki, Ukraynada islahatların necə aparılacağı ilə bağlı biliyi, təcrübəsi və ya ideyası olan adamlar yoxdur. Ukrayna intellektual potensialı kifayət qədər yüksək olan ölkədir. Qeyri-hökumət sektoru postsovet məkanında ən güclü olan sektorlardan biridir. Gürcüstanda Saakaşvilinin islahatlarını da əsasən QHT sektoru apardı. Ona görə də hesab edirəm ki, söhbət başqa məsələdən gedir. Söhbət ondan gedir ki, Ukraynada islahatlar aparmaq üçün çox ağır və sərt qərarlar qəbul etmək lazımdır. Çox təəssüf ki, əsasən şərq tərəfdə və mərkəzi Ukraynada əhalinin düşüncə tərzi daha çox sovetə uyğun düşüncə tərzidir. Yəni daha çox sovetdən qalma vərdişlərdən çıxış edib davranırlar. Onların biznesə marağı çox azdır, əsasən dövlət işi və ya vaxtla limitləşmiş iş istəyirlər. Belə bir toplumda kəskin islahatların, özəlləşdirmənin aparılması elə də asan deyil. Odur ki, bu ağrılı islahatların kənar şəxs tərəfindən aparılması, həmin şəxsin gələcəkdə “söyülməsi” Ukrayna hökumətinə daha çox sərf edir, nəinki özününkünü qurban vermək. Çünki kəskin islahatlar olacaqsa, o zaman ictimai rəy kifayət qədər sərtləşəcək. Ona görə ki, Ukraynada islahatların insanlar tərəfindən qəbul olunması çox çətindir. İnsanların əksəriyyəti köhnə qaydalara uyğunlaşdığından torpağın, zavod və fabriklərin satılmasına qarşıdırlar. Düşünürəm ki, belə bir ağrılı islahatları aparmaq üçün kənardan gələn və “söyülən” bir şəxsə ehtiyac var. Mənə elə gəlir ki, Zelenski Saakaşvilini məhz belə bir rolda düşünüb.

Nədən bu haqda belə geniş yazdım? Sevgili millət, uca xalq – Məmləkətin indiki durumunu dərininə analiz edib, azı 2-3 illik modelləşmə aparanda görürük ki, Azərbaycanda nəticəsi yaxşı olan islahatlar üçün çox sərt addımlara, hətta cərrahi müdaxilələrə ehtiyac var. Bu gün lazım olan, sistemli, köklü islahatlara başlasaq, azı 2 il vəziyyət daha ağır olacaq, inflyasiya sürətlənəcək, kasıblıq artacaq, islahatı aparanlar söyüləcək (Saakaşvilinin ilk 2 ilində olduğu kimi – məhz iki ildə işdən qovulanlar. Ixtisara düşənlər, korrupsutadan qidalananlar – ONMİNLƏRLƏ insan kənarda qaldı, onlar müxalif olub meydanlara çıxdı, lari ucuzlaşdı). Bu günə qədər susan toplum, demokratik hökumətin VACİB addımlarının ağırlığına dözəcəkmi?! REAL sevilən yox “söyülən” hökumət olub işlək sistem qurmağa hazırdır – bəs siz, cəmiyyət olaraq buna hazırsınızmı?! İndiki sistem yüzminlərlə insanı qane edir – bunu düşünürsünüzmü?! Büdcədən 915 min insan maaş alır, bunun 50%-i işdə dolma bükməklə, corab hörməklə maaş alır – bunların ixtisarına razısınızmı?! Polis, hüquq-mühafizə orqanları şişirdilmiş ştatlarla fəaliyyət göstərir – yarısının ixtisarına dözəcəksinizmi?! Biznes məmurların altındadı, orda çalışıb hələ də öz biliyinə görə maaş aldığını düşünən, amma faktiki olaraq məmur kölgəsindən qidalanan onminlərlə insan var – onların birdən-birə çörəksiz qalmasınının nəticələrini qavraya bilirsinizmi?! Olmur e belə dostlar, səmimi və açıq siyasət aparırıq – bu sözləri sizə heç bir populist, özündənmüştəbeh siyasətçilər, əsas da hökumətyönlü siyasətçilər deməz – artistlik etməkdə davam edərlər. Həm də ona görə deməzlər ki, problemlərin dərinliyini bilmirlər, görmürlər, 5-6 cümlə əzbərləyib illərdir təkrarlayırlar – məsuliyyət yox, təcrübə yox, bilik yox, elm yox. Belə...

Paylaş:

Ən son xəbərlər