Sonuncu dəfə Afrika qitəsində etdiyi çıxışla yadda qalan Yevgeni Priqojinin tələsik Rusiyaya qayıtmasının ehtimal edilən səbəbləri barədə məlumatlar yayılıb.
İddialara əsasən, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey Averyanov “Vaqner” döyüşçülərin hamısını Afrika qitəsinə yerləşdirməklə bağlı kompleks tədbirlər planı hazırlayıb.
Bu məqsədlə Andrey Averyanov hətta 20 mindən çox şəxsdən ibarət ordu korpusunun yaradılması və onların hazırlanmısına göstəriş verib.