Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib.
Pravda.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.
Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya həddində (CM-nin 120.1-ci maddəsi ilə 9 il, 228.4 6 ay) həbs cəzası təyin edilib. Görünür Rəşad Dağlı hökmdən razı qalıb, bu səbəbdən yenidən hakim qarşısına çıxmaq istəməyib.