Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək

1 117
Paylaş:
GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev olacaq.

Pravda.az-ın xəbərinə görə, bu barədə E.Allahverdiyev özü məlumat verib.

“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz cənab İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik!” – Deputat qeyd edib.

Xatırladaq ki, E.Allahverdiyev Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin də üzvüdür. Nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Adil Əliyev rəhbərlik edir. E.Allahverdiyev eyni zamanda, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Paylaş:

Ən son xəbərlər