Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda qadın tanışını paltarla boğub öldürən şəxs saxlanıldı

669
Paylaş:
Bakıda qadın tanışını paltarla boğub öldürən şəxs saxlanıldı

Avqustun 24-də saat 22 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Pravda.az xəbər verir ki, bu barədə Suraxanı Rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:

Ən son xəbərlər