Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Ömər aşrımı"nda minik maşını dərəyə aşıb, iki Türkiyə vətəndaşı ölüb, biri xəsarət alıb

799
Paylaş:
"Ömər aşrımı"nda minik maşını dərəyə aşıb, iki Türkiyə vətəndaşı ölüb, biri xəsarət alıb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Ölən şəxslər Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelikdir.

Xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır./APA

Paylaş:

Ən son xəbərlər