Astrologiyada çox səbirli olan bürclər də var. Bakupost.az həmin bürcləri təqdim edir:
OĞLAQ
Oğlaqlar hər şeydə mükəmməl və uğurlu olmaq istəyirlər. Daim özlərini təkmilləşdirməyi və yeni şeylər öyrənməyi sevirlər. Çox səbirli olduqları üçün planlı şəkildə hərəkət edirlər. Heç vaxt heç nəyə tələsmirlər. Məqsədlərinə doğru möhkəm addımlar atırlar. Oğlaq bürcünün bu səbrinə hər kəs heyran qalır.
BUĞA
Buğa iş və şəxsi həyatında hər zaman səbirli ola bilən bürclərdəndir. Buğa əvvəlcə ətraflarında baş verən hər şeyi müşahidə edir, sonra öz planlarını qurur, tədbir görürlər. Buğa bürclərini səbirsiz görmək mümkün deyil.
ƏQRƏB
Əqrəb həmişə tək hərəkət edir. İstəklərini həyata keçirmək üçün dayanmadan çalışır. Əqrəb bürcü arzularına çatmaq üçün səbirlə gözləməyi çox yaxşı bilir.
Əqrəb su qrupu olduğu üçün istədikləri vəziyyətə asanlıqla uyğunlaşa bilirlər. Bu səbəbdən gözləməyi və səbir etməyi bilirlər. Yeniliklərə çox asanlıqla alışırlar.