BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Əlizadə: “71 ildir, idmanla məşğulam, yağış, qar yağsa da, yarıda qoymuram”

“Cavan qalmağım genetik faktorlara dayanır. Amma Həmin genetik “əmanəti” qoruyub-saxlamaq da lazımdır. İnsan inkişaf etdikcə, genetik kod  açıldıqca   onu  qorumaq da vacibləşir. 85 yaşım var, gənc yaşımdan indiyədək bir rejimlə yaşayıram; bu, mənim fəaliyyətimə, işgüzarlığıma   böyük dəstək olub”.

 

Pravda.az xəbər verir ki, bunu Azedu.az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti 85 yaşlı Akif Əlizadə deyib.

 

A.Əlizadə qeyd edib ki, insan bioloji obyektdir. Bütün orqanizm bir ritmlə işləyir: “Bioloji saatı elə qurmaq lazımdır ki, o  yorulub taqətdən düşməsin. Həmin saat elə işləməməlidir ki, tez sıradan çıxsın. Onu bir rejimlə işlətmək  və yaşatmaq lazımdır. Mən  14 yaşımdan indiyədək - 71 ildir -  hər səhər idmanla məşğul oluram. Bu, Ginnesin Rekordlar Kitabına yazılmalıdır. 71 ildir ki, konkret bir rejimdə - hər səhər saat altıda yuxudan dururam; istər yay olsun, istərsə də qış, heç bir fərqi yoxdur. Gün ərzində işimi elə qururam ki, axşama çox iş qalmasın. Nadir hallarda  axşam nəsə iş görərəm. Aktiv iş rejimim 8-9 saatlıqdır: bu qədər çalışmaq mənə kifayət edir. Gecə yuxumu heç nəyə dəyişmirəm. Axşam 11-dən gec olmayaraq, yuxuya gedir, dediyim kimi səhər 6-da da oyanıram. Elə  bu gün də o vaxtı yuxudan oyanıb, səhər  idmanı ilə məşğul olmuşam. İdmana saat 6-da başlayıb, 7-yə qədər davam etdirmişəm. Bu, hər gün belədir! Yağış da yağsa, qar da olsa, idmanımı yarıda qoymuram. Mənim orqanizmim bunu tələb edir. Bu, yemək kimi bir şeydir. Artıq ona o qədər öyənmişəm ki, bu mənim üçün nəfəs almaq kimi bir vacibata çevrilib. Bu gün idmanla məşğul olduğum üçün çox gümraham və kolleqalarımla bərabər proqramlarımızı icra etməyə  və onları yeni üfüqlərə yönəltməyə hazıram”.

Tarix: 5 Noyabr 2019, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin