Tanınmış stilist Anar Ağakişiyev gənc müğənni Hissi (Röya Məmmədova) ağ yuyub, qara sərib. Yenisabah.az xəbər verir ki, stilist ad çəkmədən onun ünvanına sərt fikirlər səsləndirib və ifaçını ələ salıb:
"Mən öldüyüm günü bilmirəm, amma təxmin edirəm. Təxminən 2-3 il bundan öncə gənc bir müğənni və yanında olan bilinməyən məxluq "Warner Music Group" belə gəldi, xaric elə getdi deyib gəzirdilər. Nə oldu?! Hətta bir çox xarici jurnalistlər də buna inanırdılar. Həmin vaxt demişdim ki, bunlar hamısı "fuflo"dur, bu müğənni o deyil, heç vaxt da ola bilməz. Çox qabaqgörən insanam.
Bu kimi "maşennik"lərin nəfəsi necə gəlib-gedir yaxşı bilirəm. Hətta o iki insan indi bir-birinə düşmən olub. Dünəndən bir çox adam söhbətin kimdən getdiyini soruşur. Azərbaycanda "Autotune"la (səs tellərindəki çatışmazlıqları kamuflyaj etməyə kömək edən proqram) oxuyan neçə "müğənni" var? Səs yoxdur, amma danışanda elə yekə-yekə danışırdılar, "Warner Music Group" deyirdilər ki...