Müğənni Elnarə Xəlilova Şuşadakı Yuxarı Gövhərağa məscidini ziyarət edib. Yenisabah.az xəbər verir ki, sənətçi məsciddə dua edərkən göz yaşı axıdıb.
O, həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək "Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Bu günləri bizə göstərdiyin üçün çox şükür" -, deyə şərh yazıb.
E.Xəlilovanın bu paylaşımı isə başına bəla olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri onu rəngli manikürünə, burnundakı pirsinqə, başına bağladığı yaylığa görə tənqid atəşinə tutublar.