Ötən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabaqqal və Bığır kəndlərində bir sıra fəsadlara yol açıb.
Hazırda Aşağı Qaraməryəmdə körpünün uçması nəticəsində kəndlə rayon arasında əlaqə tam kəsilib.
Aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işləri həyata keçirməyə başlayıblar. Azərbaycan Avtomobil Yolları Dövlət Xidmətinin baş mühəndisi “Report”un yerli bürosuna bildirib ki, yağışlar nəticəsində gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194 + 5-ci km-lik hissəsində sel suları avtomobil yolunun torpağ yatağına zərər vuraraq çökmə və sürüşmə əmələ gətirib: “Səhər saatlarında da Dövlət Xidmətinin canlı qüvvələri və texniki vasitələri ilə çökmüş, sürüşmüş yerlərdə təmir işləri başlayıb. Yararsız materiallar yararlı materiallarla doldurulacaq və örtük yeni asfalt örtüyü ilə təmin olacaq".