"Dünyaya sui-istifadə olunmaq üçün gəldim. Qarnım ac olsa da, gözüm tox oldu və gözümün önündə acgözləri doyurdunuz sadəcə gülümsədim. Heç kim dərdimi soruşmadı. Özüm danışdıqlarım da inanmadı. Yeyib-içdiyim dərd oldu çoxuna əsl dərdimi heç kim görə bilmədi. Hamı məndən umdu və sonunda etməsəydin dedilər…” OLAY yazır ki, bu sözləri şairə Nazilə Səfərli “İnstagram” hesabında yazıb.
“O qədər xəyanət görmüşəm ki,normal qəbul edirəm. Evimə buraxdığım “ən yaxın” rəfiqəm belə evimdə gördüyünü başqasına nağıl etməyə gəlirmiş.
Bilə-bilə susdum, o da utanmazcasına davranmağa davam etdi. Ən ucuz paltarımı ən baha kimi daşıdım və heç kim risk edib mənə nə isə hədiyyə edə bilmədi. Edənlərin də on qat əvəzini çıxdım, boynumda qalar qorxusu ilə…