BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi oldu

Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi olub. E-huquq.az-ın məlumatına görə, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun müdiri Seyfəlpaşa Əliyev Böyük Britaniya hökumətinin nüfuzlu “Çivninq” (“Chevening”) Təqaüd Proqramı çərçivəsində (Kembric Universitetinin Beynəlxalq “Trust” təqaüd proqramı ilə birgə) qabaqcıl ali təhsil müəssisəsi Böyük Britaniyanın Kembric Universitetinin hüquq üzrə magistr proqramına tam təqaüdlə qəbul olub.

 

Qeyd edək ki, Seyfəlpaşa Əliyev daha əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və “Kommersiya hüququ” ixtisası üzrə (xarici dildə) magistr pillələrini fərqlənmə diplomu ilə bitirib, ali məktəbə qəbul imtahanlarında yüksək göstəriciyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

 

O, 2016-cı ildən Məhkəmə-Hüquq Şurasının Aparatında müxtəlif vəzifələrdə, o cümlədən 2020-ci ildən sektor müdiri vəzifəsində çalışır.

Tarix: 28 Avqust 2023, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin