Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamal yeni televiziya mövsümündə yenidən "Xəzər TV"yə keçməyi planlaşdırırdı.
Pravda.az "Axşam.az"a istinadən bildirir ki, aparıcı kanalın rəhbəri, Xalq artisti Murad Dadaşovla görüşüb, bu haqda danışdığını da deyib. Zaur danışıqlardan sonra ARB TV-də fəaliyyətini davam etdirməyə qərar verib. O, yeni mövsümdən sözügedən kanalda tamaşaçı qarşısına çıxacaq.