"Mən bugünkü tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr eləməyimə dəyərmiş".
Vaqif Mustafayev: Ömrü kinoya həsr etməyə dəyərmiş
Bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev 70 illik yubileyi münasibətilə keçirilən gecədə deyib.
"Filmlərimdə Qarabağın azad olunmasına dair ştrixlər hələ 90-cı illərdən olub. Bu gün isə artıq bu məsələ öz həllini tapıb", - rejissor əlavə edib./APA