“Humanitar karvan Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək”. APA xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan deyib.
“Bizim Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri və könüllüləri səfərbər olublar. İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr var nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - Novruz Aslan deyib.