Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Pravda.az Bakupost.az-a istinadən xəbər verir ki, mərhum hakimin yaxın ətrafından intiharın əsl səbəbləri öyrənilib.
Məlum olub ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R. Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir.
Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib.