Dünən “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilməsi xəbəri gündəmin əsas mövzusu oldu. İlk xanım maşinistimiz Günay xanımın işdən çıxma səbəbi isə sükan arxasında telefonla danışması göstərilmişdi. Onun bu səbəbdən işdən ayrılması sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı. Məhz xanım olduğu üçün işdən ayrıldığı və zərif cinsin nümayəndəsi olduğu üçün ona qarşı bu cür rəftar edildiyi bildirilmişdi. Gün ərzində media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edən Günay Həbibli Medianews.az-a danışıb. O, yayılan xəbərlərin heç də gerçəkləri əks etdirmədiyini bildirib.
– Günay xanım, dünəndən etibarən sosial şəbəkələrdə sizin işdən ayrılma xəbəriniz müzakirə edilir. İşdən ayrılmanıza səbəb nə olub?
-Mən 2019-cu ilin aprel ayının 1-dən etibarən Bakı Metropolitenində ilk xanım maşinist olaraq işə başlamışam. 2023-cü ilin İyununda öz ərizəmlə işdən xaric olmuşam. İşdən çıxma səbəbim ailəvi problemlərim, ən əsas da övladımın sağlamlığı ilə bağlı idi. Hər şeydən önəmlisi mən anayam və övladımın sağlamlığı mənim üçün hər şeydən öndə gəlir. Bunun üçün bir müddətlik işimə ara verdim. Çox şükür ki, indi hər şey qaydasındadır. Onu da deyim ki, sənətimi çox sevirəm və işim üçün darıxıram. Elə bu səbəbdən də Bakı Metropoliteninin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Metropolitenin rəhbərliyi başda Zaur müəllim olmaqla bu kollektivin hər bir üzvü mənə doğmadır. Rəhbərliyimiz hər zaman mənim, eləcə də digər işçilərin problemleri ilə maraqlanı. Buna görə başda rəhbərliyimizə və kollektivimizə təşəkkür edirəm. İnşallah seçim mərhələlərini keçərək kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəm.
– Sosial şəbəkələrdə sizin sükan arxasında mobil telefon istifadə etdiyiniz üçün işdən ayrıldığınız qeyd olunub. Bu həqiqətdirmi?
– Yayılan bu xəbər yalandır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəbəri Bəxtiyar müəllim özü də belə bir açıqlama verməyib. Media nümayəndələrinin bu məlumatı haradan əldə etmələri ilə bağlı heç bir fikrim yoxdur. Sadəcə onu deyə bilərəm ki, bu dezinformasiyadır.
– İşdən ayrılmağınızın bu qədər səs-küyə səbəb olacağını gözləyirdinizmi?
– Səmimi desək bu qədər ajotaja səbəb olacağını gözləyirdim. Necə ki, Bakı Metroplotenin tarixində ilk qadın mainişt olmağım mediada kifayət qədər işıq üzü görmüşdü. Eləcə də işdən çıxmağımın də diqqətə səbəb olacağını güman edirdim. Sadəcə onu demək istəyirəm ki, mən iki ay bundan öncə işdən çıxmışam. Heç bir məlumatım olmadan özəl məsələmin mətbuata sızıdırlmasını doğru hesab etmirəm. Bu mənim özəl həyatımdır və edilən hərəkət özəl həyatıma birbaşa müdaxilədir. Ehtiyac olsaydı “Bakı Metropoliteni” QSC-də, mən də bu barədə ictimaiyyətə məlumat verərdik. Amma daha olanlar oldu.
– Bəs xəbəri siz necə öyrəndiniz?
– İnstagram hesabımda izləyicilərin etiketləməyi sayəsində öyrənmişəm. Mənim işdən çıxmağımda qolobal bir məsələ deyil. İstəməzdim xəbər bu şəkildə ictimailəşsin. Çox istərdim ki, media nümayəndələri məlumatı dəqiqləşdirib sonra yazsınlar.
– Sizcə bu məlumatı mətbuata kim sızdırıb?