Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Fulya Öztürk Azərbaycanda bu telekanalda çalışacaq - Özü açıqladı

1 212
Paylaş:
Fulya Öztürk Azərbaycanda bu telekanalda çalışacaq -      Özü açıqladı

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün "Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media-ya danışan Fulya Öztürk məlumatı təsdiqləyib. 


 
O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

"Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

"Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, - deyə jurnalist əlavə edib. 

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub. 

Paylaş:

Ən son xəbərlər