Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Bakipost.az hakimin intiharına ailə münaqişəsinin səbəb olduğu haqda xəbər yayıb. Sayt yazır ki, həyat yoldaşı ilə boşanma ərəfəsində olan Rahib Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta onun bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. Rahib Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.
Hakimin yaxın çevrəsindən musavat.com-a bildiriblər ki, Rahib Salmanov ailə münaqişəsi səviyyəsində intihar edəcək adam olmayıb: “Ailəsi ilə bağlı qərar uzun illər əvvəl verilmişdi, hazırda heç bir problem yox idi”.
“Rahib Salmanov ötən gün işdə olub, xəstaxanaya da elə işdən gedib”. Bu sözləri Globalinfo.az-a intihar etdiyi deyilən hakim Rahib Salmanovun tələbə yoldaşı, 35 illik dostu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Arzuxan Əlizadə deyib. O, dostu ilə hadisədən 20 dəqiqə əvvəl danışdığını bildirib: