Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz qalıb - VİDEO

880
Paylaş:
Azərbaycanda avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz qalıb -   VİDEO

Xızı rayonu ərazisində bir neçə avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq, operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.

FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

Paylaş:

Ən son xəbərlər